Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Diyarbakır °C

“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib

“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
23.12.2023
A+
A-

 

 

 

“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib

, 2023

 

 

 

“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət və sağlamlıq mərkəzində III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin açılışı baş tutub.

 

 

 

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə, Milli Məclisin deputatları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

 

 

 

Əvvəlcə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndiririb.

ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev düşərgə iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətini vurğulayıb.

“ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə belə bir təşəbbüs üçün Fondun rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirib.

 

 

 

 

Daha sonra Milli Məclisin deputatları Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov, Fatma Yıldırım, Jalə Əhmədova, Qazaxıstan Respublikası Türkistan vilayəti “Qarabağ” Azərbaycan Etno-Mədəniyyət Mərkəzinin rəhbəri Ramilə Mustafayeva və İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov çıxış edərək, düşərgənin işinə uğurlar arzulayıblar.

 

 

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan 44 günlük Vətən savaşına həsr olunmuş videoçarx və “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində keçirilmiş öncəki düşərgənin video çarxı nümayiş olunub.

 

 

 

 

Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondunun və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət və sağlamlıq mərkəzinin tərəfdaşlığı ilə 21-27 dekabr 2023-cü ildə baş tutacaq düşərgədə Qazaxıstanda fəaliyyət göstərən həftəsonu “Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş qəhrəmanlarımızın övladları iştirak edəcək. Layihəyə Qazaxıstandan və Azərbaycandan ümumilikdə 20 şagird, 3 təlimçi qatılıb. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondu və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən layihə ümummilli liderin əziz xatirəsinə həsr olunub.

 

 

 

Qeyd edək ki, bu layihənin icrasına ötən ildən başlanılıb. Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları 18-24 iyul 2022-ci ildə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təlimlər keçiblər. 7-13 avqust 2023-cü il tarixində isə düşərgənin 2-ci hissəsi İsveçrədə baş tutub. Düşərgənin növbəti mərhələsinin Qazaxıstanda keçirilməsi planlaşdırılır.

Bu layihə Prezident İlham Əliyevin ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər (V) Qurultayında çıxışı zamanı həftəsonu məktəblərinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsi, bütün Azərbaycan vətəndaşlarını birləşdirən ana dilinin daim təbliğ olunması tövsiyələri çərçivəsində gerçəkləşdirilir.

Xatırladaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə xarici ölkələrdə həftəsonu Azərbaycan məktəbləri yaradılıb. Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini tədris etməklə yanaşı, milli kimliklərini qoruyub saxlamaq və ölkəmizlə bağlı həqiqətləri aşılamaqdır.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/qardaslasmis-qarabag-mektebleri-layihesi-cercivesinde-novbeti-dusergenin-acilis-merasimi-kecirilib-3992

 

 

 

REKLAM ALANI