Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Diyarbakır °C

Madriddə əsrarəngiz muğam gecəsi təşkil olunub

Madriddə əsrarəngiz muğam gecəsi təşkil olunub
18.11.2022
A+
A-

 

 

 

Madriddə əsrarəngiz muğam gecəsi təşkil olunub
2022

Madriddə əsrarəngiz muğam gecəsi təşkil olunub
İspaniyanın paytaxtı Madriddə “Şuşa ili” çərçivəsində Azərbaycan muğamı konserti keçirilib.

 

Azərbaycanın bu ölkədəki səfirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə İspaniya rəsmiləri, diplomatik korpusun, elm və mədəniyyət çevrələrinin, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

 

Konsert öncəsi çıxış edən Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa ili” elan edilib. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhərinin Azərbaycanın mədəni və ictimai-siyasi həyatında xüsusi rol oynadığı, hazırda ölkəmizin mədəniyyət paytaxtı statusuna malik olduğu nəzərə çatdırılıb. Bütün bölgələrimizdə, o cümlədən vaxtilə “Qafqazın Konservatoriyası” adlandırılan Şuşada geniş yayılan Azərbaycan muğam janrının mədəniyyətimizin, ənənələrimizin yaşadılmasında və dilimizin saflığının qorunmasındakı əhəmiyyətindən bəhs edilib.

 

Konsertdə Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun üzvləri – xalq artisti Elçin Həşimov (tar), əməkdar artist Elnur Əhmədov (kamança) və əməkdar artist Kamran Kərimov (nağara) çıxış ediblər. Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət konsert proqramı maraqla və alqışlarla qarşılanıb.

 

Tədbir çərçivəsində tamaşaçılara Azərbaycan muğamlarından bəhs edən bukletlər və “Şuşa ili” ilə bağlı İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən nəşr olunmuş xüsusi poçt markaları paylanıb. Poşt markalrının üzərində Şuşa qalasının və dövlət bayrağımızın təsvirləri əks olunub.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/madridde-esrarengiz-mugam-gecesi-teskil-olunub-1950

 

 

REKLAM ALANI