Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Diyarbakır °C

“Go Turkiye” ilə Türkiyənin Termal Paytaxtı Afyondan Özəl Reportajla Jurnalist Ülkər Piriyeva

“Go Turkiye” ilə Türkiyənin Termal Paytaxtı Afyondan Özəl Reportajla Jurnalist Ülkər Piriyeva
27.12.2022
A+
A-

Ülker Piriyeva – Azerbaycan

Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm nazirliyinin dəvəti ilə “Go Turkiye” proqramı çərçivəsində Türkiyənin turizm potensialının tanıdılması məqsədilə dünyanın beş ölkəsindən olan nüfuzlu media şirkətlərinin nümayəndələri İstanbulda görüşdü. “Go Türkiye” proqramında Azərbaycanı təmsil edən jurnalistlərdən biri də 1453 Kral Media-nın Azərbaycan təmsilçisi, Azadmedia.az-ın redaktoru Ülkər Piriyeva oldu.

Nəzərinizə çatdırım ki, “Go Turkiye” turu çərçivəsində bizlər İstanbul, Eskişehir, Afyon və Kütahya şəhərlərinin turizm potensialının tanıdılması nəzərdə tutulmuşdu. Dünyanın beş ölkəsindən olan Jurnalistlər İstanbul daxil olmaqla, Eskişehirdə – Sivrihisar Ulu Camii, Odunpazarı və muzeylər, Afyonda – Ulu Camii və Mevlihane, UNESCO listesinde olan Ulu Camii, GastroAfyon – Gastronomiya festivalı, Kütahyada – Zeus tapınağı – Teatr və Muzey, Kütahya Arxeologiya muzeyi, Ulu Camii, Kütahya Mədəniyyət və İncəsənət evi və başqa yerləri ziyarət etdik.

Bəli, Türkiyə Cumhuriyyəti hər il sizləri və bizləri milyonlarla ulduzun altında təbiətin qoynunda unudulmaz səyahətə dəvət edir.

Türkiyənin Qlobal Turizm Tanıtım Platforması olan GoTurkiye.com Türkiyə haqqında məlumat almaq və səyahətlərini planlaşdırmaq istəyən dünyanın dörd bir guşəsindən olan bütün turistlərə ölkənin mədəniyyət və turizm dəyərlərini bir dam altında təqdim edir.

Belə ki, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyi – TGA tərəfindən ən son texnologiya və müasir dizayn tendensiyalarına uyğun olaraq hazırlanan bu platforma ilə yüksək səviyyəli istifadəçi təcrübəsi hədəflənib ki, bunun vasitəsilə də istifadəçilər Türkiyə ilə bağlı əhatəli məzmundan daha çox faydalanmaqdadırlar.

Açıklama yok.

Bəli rəngarəng təamları və xüsusən terman suları ilə Türkiyənin gözdə vilayətlərindən biri olan Afyonda bizləri – Ulu Camii və Mevlihane, UNESCO siyahısında olan Ulu Camii, soyuq payız günlərində isti təamları ilə Gastronomiya festivalı olan – GastroAfyon qarşıladı və daha ayrı-ayrı gəzə bilmədiyimiz, görməyə belə vaxtımızın yetmədiyi yerlər..

Açıklama yok.

“Go Turkiye” ilə Türkiyənin Termal Paytaxtı olan Afyonda ziyarət ediləcək yerlərin sehrini anlatmaq mümkün deyil, gərək canlı-canlı, qarış-qarış gəzib görəsiniz. Lakin anlada bildiyim qədərini sizlərlə bölüşə bilərəm.

Açıklama yok.

Bəli, dəyərli oxuyucularımız və izləyicilərimiz! Afyon həm gəzməli yerləri, həm də yerli ləzzətləri baxımından qonaqlarını sevindirməyi bacarır. Fikrimcə, Afyona getməzdən əvvəl bu məlumatları bilsəniz, bu şəhəri daha yaxşı tanıyacaq və daha rahat gəzə biləcəksiniz.

Açıklama yok.

İlk növbədə onu qeyd edim ki, tarixi məkanların həvəskarları üçün bir cənnət məkan olan Afyon və ətrafı minlərlə il ərzində bir çox sivilizasiyaya ev sahibliyi etmiş təsirli qədim şəhərlərlə əhatə olunub.

Açıklama yok.

Afyonkarahisar (xalq arasında Afyon kimi tanınır) Qərbi Anadolu ilə İç Anadolu Bölgələrini birləşdirən yüksək bir ərazinin cənub hissəsini təşkil edən bir vilayətdir. Afyon vilayətinin şimaldakı qonşuları – Eskişehir və Kütahyadır. Türkiyənin “Termal Paytaxtı”, eyni zamanda mərmər və qida sektorunda xaricdə ad çıxarmış brend şəhərlərdən biridir, bu şəhər. Afyon şəhəri tarix boyunca əhəmiyyətli bir mərkəz olub. Qeyd edim ki, miladdan öncə başlayan macərasında Hitlər, Friqiyalılar və Roma İmperatorluğu sərhədləri daxilində olmuş və sonradan Süleyman şahın fəthi ilə ilk dəfə “Türk” hakimiyyəti altına keçmişdir.

Açıklama yok.

Afyonda görməli, gəzməli yerlər çoxdur. Öncəliklə, onu vurğulayım ki, Afyon təbii yeraltı sərvətləri ilə məşhur bir şəhərdir. Afyonkarahisar rəsmi olaraq Ege bölgəsində yerləşir. Amma Egenin ən İç Anadolusunda yerləşir desək heç də yalan olmaz. Türkiyənin 4 istiqamətli dəmir yolu xətti olan yeganə əyalətidir. Türkiyədəki dəmiryollarının mövcud olduğu yeddi bölgəsindən biridir. Termal əyalət olduğundan turizm kaplıcaları-bulaqları-spaları ilə məşhurdur. Bunlar arasında Afyonkarahisarda Bolvadin Heybeli Spa, Qazlıgöl Spa, Sandıklı Hüdai Termal Turizm Mərkəzi, Ömer Gecek ve başqa Spalar var. Fərqli konseptə malik Afyon otelləri arasından ən uyğununu özünüzə seçərək tətil planınızı qurmağa başlaya bilərsiniz.

Açıklama yok.

Başdan ayağa tarix qoxuyan bu vilayət əmin olun ki, Türkiyənin turizm cənnətlərindən biridir. Təkcə termal bulaqları deyil, həm də pəri bacalarından, Frigiya vadilərindən, Ayazini kəndindən, Afyonkarahisar qalasından və Bedesten bazarından tut hər qarışı sözün əsl mənasında tarix və mədəniyyətdir. Afyon Karahisar qalası olaraq da bilinən, Ana ilahə Kıbeleyə həsr olunmuş ibadət yerləri var. Afyonkarahisarın simvollarından biri olan qalaya qalxdığınız zaman şəhərin mənzərəsini seyr edə bilərsiniz. Əslində, Afyonu gəzərkən tez-tez Mövlananı xatırladan əsərlərə rast gələ bilərsiniz. Həmçinin Mövlana deyildikdə ağla ilk gələn Konya şəhəri olsa da, Mövlana Afyon üçün də əhəmiyyətli bir məqamdır. 40 taxta sütun üzərində yüksələn Afyon Ulu Məscidinin üç qapısı və kərpic minarəsi olan Ulu Cami 900 illik Səlcuqlu əsəridir. İçindəki 40 taxta sütun ilə də sizlərə heyrətlənməyə əsas verir. Tarixi XV əsrə aid olan Qübbəli Cami günbəzli quruluşu ilə də insanları ovsunlamağı bacarır. Qaya içinə oyulmuş Ayazini Qaya Kilsəsi Afyonun İhsaniyyə rayonunda yerləşir. Ayazini kəndi və ya Ayazini Metropolisi, təbii və tarixi zənginliyi ilə Afyonda diqqət çəkən bir nöqtədir. Bu yer Frigiya dövründən bəri yaşayış məntəqəsidir. Afyonda ziyarət ediləcək ən gözəl yerlərdən biridir. Burada təkcə Frigiyalılar deyil, Bizanslılar da yaşamışlar. Bundan əlavə, Afyonda 40-a yaxın kurqan və 20 qədim şəhər var və buradan əldə edilən əsərlər Afyon Arxeologiya Muzeyində sərgilənir.

Açıklama yok.
Bəli, qardaş Türkiyənin termal paytaxtıdır, Afyon. Ən yüksək termal yataq tutumu olan əyalətdir. Hətda Türkiyədə adambaşına düşən beş ulduzlu otellərin ən çox olduğu əyalət Afyondur. Bundan başqa, dünyanın ən keyfiyyətli ağ mərməri İscehisar rayonunda istehsal olunur. Həmçinin Kızılay Mineral Suyu – İhsaniye rayonunda çıxmaqdadır. Dünyanın ən yaxşı mineral suyudur, bugünə qədər bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Açıklama yok.

Yaxşı, əgər, Afyona gediriksə, bu şəhər nələri ilə məşhurdur?

Açıklama yok.

Afyon kolbasaları, sosisləri, Afyon qaymağı və Afyon lokumu bu şəhərin olmazsa olmazlarıdır. Bura kolbasa, qaymaq və lokumun paytaxtıdır. Ən yaxşı qaymaq camış südündən alınır. Afyon lokumu hər zövqə uyğun növlərdə istehsal olunur. Xüsusilə qaymaqlı lokumu son dərəcə məşhurdur. Çörək kadayıfı – Afyonda bir desert növüdür, ölkənin hər yerində sevilən və yeyilən bir desert növüdür. Xüsusilə süd qaymağı ilə yeməyə üstünlük verilir. Çörək-ekmek kadayıf sortlarına albalılı, qozlu kimi bir çox çeşidi daxildir. Afyonda sosisin-40 dan çox çeşidi, 4-5 milli brendi var, həmçinin.

Açıklama yok.
Afyon həqiqətən tarix boyu mədəniyyətlərin beşiyi olmuş bir şəhərdir. Bunun təsirlərini XXI əsrdə asanlıqla görə bilərsiniz.. Həm təbii gözəllikləri ön plandadır, həm tarixi çox zəngindir, həm də bura Mövlana şəhəridir.

Açıklama yok.

Gəlin, bu saydıqlarımızla bərabər, Gastro Afyon Beynəlxalq Turizm və Ləzzət Festivalından bəhs edək.

Açıklama yok.

Gastro Afyon festivalı – Afyonun mərkəzində və mərkəzə bağlı kəndlərdə təşkil edilən, yerli məhsulları dünyaya tanıtmaq və termal turizmi dəstəkləmək məqsədi daşıyan bu gözəl festivalda siz şəhərin ən məşhur yeməklərini dada bilərsiniz. Eləcə də bu festival boyunca unudulmuş yerli ləzzətlər, konsertlər, xalq rəqsləri və turistik ekskursiyalarla xoş vaxt keçirə bilərsiniz.

Açıklama yok.

Türkiyənin və dünyanın ən orijinal mətbəxlərindən biri olan, Qastronomiya sahəsində YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsində yer alan, Afyon mətbəxini, turizmini və mədəniyyətini tanıtmaq məqsədilə təşkil edilən IV. Beynəlxalq GastroAfyon Ləzzət və Turizm Festivalının qonağı olduq – biz də 1453 Kral Media-nın Azərbaycan təmsilçisi, Azadmedia.az-ın redaktoru olaraq iştirak etdik.

Açıklama yok.

Beləliklə, bu il dördüncüsü gerçəkləşdirilən Beynəlxalq GastroAfyon Gastronomiya Festivalı hər il sıx bir iştirakla sektor üçün əhəmiyyətli qazancların əldə edildiyi Qastronomiya Şəhəri Afyonda keçirildi.

Açıklama yok.

Belə ki, TÜRSAB Afyonkarahisar Bölgə Nümayəndəliyinin dəstəyi, Afyonkarahisar Bələdiyyəsi, Afyonkarahisar Valiliyi və Afyonkarahisar Peşəkar Aşpazlar Dərnəyinin əməkdaşlığı ilə keçirilən festivalda Afyonun qastronomik zənginliyi dünyanın dörd bir yanından gələn turistlərə tanıdılırdı.

Açıklama yok.

Mövləvi mətbəxi başda olmaqla bütün yerli ləzzətlər və coğrafi göstəricilərə malik məhsullar təbliğ edilirdi.

Açıklama yok.

Yerli və beynəlxalq media nümayəndələrinin, eləcə də yerli və xarici aşpazların, qastronomiya mütəxəssislərinin və məşhur qurmanların qatıldığı festivalda Afyon bütün aspektləri ilə izah edilirdi, iştirakçılara tam dad ziyafəti təqdim edilirdi. Elmi araşdırmalarla yadda qalan festivalda yemək yarışmaları, bir sıra əl işləri, konsertlər, rekord təcrübələr və bir çox sürpriz tədbirlər keçirilirdi. Qeyd edim ki, Festivalda iştirak pulsuz təşkil olunmuşdu.

Açıklama yok.

Afyon Valisi Kübra Güran Yiğitbaşı xanım və Afyonkarahisar Bələdiyə başqanı Mehmet Zeybek 1453 Kral Media və Azadmedia.az-a özəl olaraq reportaj verdilər.

Açıklama yok.

Afyon Valisi Kübra Güran Yiğitbaşı açıqlamasında – “Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələrinin 44 günə əldə etdiyi möhtəşəm Zəfər dünyanın hərb tarixinə əbədi olaraq yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı olan qədim qala şəhər Şuşada aparılan ağlasığmaz döyüş əməliyyatları qüdrətli dövlətlərə örnək oldu. Bilirik ki, işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan olunub və məhv edilib. İnşaallah bərpa olunacaq. Həmçinin bilirik ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının hardasa 39%-i işğaldan azad olunmuş rayonların payına düşür. Afyon kimi Qarabağda Kəlbəcərin xeyli dərəcədə termal suları var. Hətda Afyon və Kəlbəcərin termal sular üzrə qardaşlaşmış şəhər statuslarına nail ola bilərik.” – Deyə fikirlərini bildirib.

Açıklama yok.

Afyonkarahisar Bələdiyə başqanı Mehmet Zeybek özəl açıqlamasında – “Qardaş Azərbaycan Cümhuriyyətinin həm savaş meydanında, həm masada II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə altında dəmir yumruq gücünə əzəli torpaqlarını – Qarabağı mənfur erməni işğalından azad etdi. Vətən uğrunda şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da. Allah şəhid olan qardaşlarımıza rəhmət eləsin, qazilərimizə şəfa versin. Türkiyə Cümhuriyyəti hər zaman qardaş Azərbaycanın yanındadır. Eyni zamanda, hər birinizi şəhərimizə dəvət edirik, Afyona hər zaman gözləyirik.” – Deyə qeyd edib.Açıklama yok.

Qeyd: Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Afyon Valisi Kübra Güran Yiğitbaşı xanım, Vali Yardımcısı Uğur Kolsuz, Afyonkarahisar Bələdiyə başqanı Mehmet Zeybek, Afyonkarahisar İl Mədəniyyət və Turizm Müdiri Mehmet Tanır, Cemil Kaynak, Üyümez Mevlut, “Go Turkiye” rəhbərliyinə – media əlaqələr şöbəsi Tarık Erenə, Kamran bəyə, Tur rəhbəri Seçkin Ercana sonsuz təşəkkürlərimlə..

Açıklama yok.

Gazeteci ve Siyaset bilimci Ülker Piriyeva
Türkiye/Afyonkarahisar

Türkiye 1453 Kral Media-nın Azərbaycan təmsilçisi, Azadmedia.az-ın redaktoru

Açıklama yok.

REKLAM ALANI