Estoniya Azərbaycan Evində Anım Günü
30 sentyabr, 2025
Estoniya Azərbaycan Evində Anım Günü
Estoniyanın paytaxtı Tallində fəaliyyət göstərən Azərbaycan Evində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Estoniyada yaşayan soydaşlarımızın iştirakı ilə keçirilən tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
https://x.com/DiasporaAz/status/1972998476469575918
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı səsləndirilib.
https://x.com/DiasporaAz/status/1972998476469575918
Tədbirdə qeyd olunub ki, 27 Sentyabr Azərbaycan tarixində qəhrəmanlıq və vətənpərvərlik rəmzi kimi əbədi yaşayacaq. Xalqımız bu müqəddəs gündə şəhidlərin fədakarlığını dərin ehtiramla anır və onların qəhrəmanlığını heç vaxt unutmayacaq.
Tədbir çərçivəsində Estoniya Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəbində Vətən uğrunda canını qurban verən şəhidlərin xatirəsinə həsr olunmuş anım guşəsi yaradılıb. Guşədə Vətən müharibəsinə aid şəkillər, qəhrəman şəhidlərin fotoları nümayiş olunub, güllər düzülüb, şam yandırılıb.
https://x.com/DiasporaAz/status/1972998476469575918
Həmin gün məktəbdə keçirilən dərs də 27 Sentyabr – Anım Gününə həsr edilib. Şagirdlərə Anım Gününün mahiyyəti, 44 günlük Vətən müharibəsinin gedişi, Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərin əbədi xatirəsi haqqında geniş məlumat verilib. Uşaqlar arasında Vətənə sevgi və milli şüur hisslərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
https://x.com/DiasporaAz/status/1972998476469575918
Tədbirin bədii hissəsində violonçel ifaçısı Tatiana Qasımova dahi Azərbaycan bəstəkarları Qara Qarayev və Tofiq Quliyevin əsərlərini ifa edib.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/estoniya-azerbaycan-evinde-anim-gunu-6168
https://x.com/DiasporaAz/status/1972998476469575918
«Единая Россия» организовала в Нижнем Новгороде концерт для ветеранов Великой Отечественной войны
«Единая Россия» устроила творческий вечер для жителей посёлка Ханымей (ЯНАО)
MEHMET NURİ SAMANCI `DAN 1 MAYIS EMEK VE DAYANIŞMA GÜNÜ KUTLAMA MESAJI
MEHMET TÜRKİ GÜNDOĞAN `DAN 1 MAYIS EMEK VE DAYANIŞMA GÜNÜ KUTLAMA MESAJI
HASAN EYYÜPOĞLU`NDAN 1 MAYIS EMEK VE DAYANIŞMA GÜNÜ KUTLAMA MESAJI
Asfa Holding Yönetim Kurulu Başkanı Asaf Atasoy `dan 1 Mayıs Emek ve Dayanışma Günü Kutlama Mesajı