
Hallandeyl Biç şəhərinin meri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəyannamə imzalayıb
2025
Hallandeyl Biç şəhərinin meri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəyannamə imzalayıb
ABŞ-nin Florida ştatının Hallandeyl Biç (Hallandale Beach) şəhərinin meri Coy Kuper 26 Fevral 2025-ci il tarixinin Xocalı soyqırımının 33-cü ildönümü kimi anılması barədə bəyannamə imzalayıb.
https://x.com/DiasporaAz/status/1893926488128233530
Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, 600-dən çox günahsız insanın amansızlıqla qətlə yetirildiyi qeyd edilib. Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un (HRW) Xocalı soyqırımını regionda baş verən ən dəhşətli qətliam adlandırdığı vurğulanıb. Xocalı soyqırımının dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsi və onların tolerantlığının vacib olduğu diqqətə çatdırlıb.
https://x.com/DiasporaAz/status/1893926488128233530
Bəyannamə Floridada fəaliyyət göstərən Amerika Azərbaycan Gənclər Assosiasiyasının rəhbəri Nabat Eminovaya təqdim edilib.
2021-ci ildə ABŞ-nin Florida ştatında yaradılan Amerika Azərbaycan Gənclər Assosiasiyası Azərbaycanın tarixi, mədəniyyəti və həqiqətlərinin ABŞ-də təbliği, Amerika və Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1893926488128233530
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/hallandeyl-bic-seherinin-meri-xocali-soyqiriminin-33-cu-ildonumu-ile-elaqedar-beyanname-imzalayib-5546
https://x.com/DiasporaAz/status/1893926488128233530

«Единая Россия» направила в ДНР питьевую воду из Ингушетии, Чечни и Владимирской области

Birleşik Rusya’nın katılımıyla Rostov Bölgesi Konstantinovsk’ta kürek sörfü yarışmaları düzenlendi

«Единая Россия» провела турнир по мини-футболу для ветеранов СВО в Уфе

Birleşik Rusya, 2025 Birleşik Oylama Günü’nde Sandıklarda Gözlem Düzenleyecek

Meeting of the Ambassador with the President of the Union of Chambers and Commodity Exchanges of Turkiye (TOBB)

Turizm Yatırım Forumu Hakkında Bilgilendirme